+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Mammoqrafiya nədir və niyə vacibdir?

Mammoqrafiya nədir və niyə vacibdir?

Mammoqrafiya qadınlarda süd vəzilərinin daha aydın, detallı müayinə metodudur. Bu müayinə 3 yolla aparılır: Skrininq müayinə - heç bir şikayəti olmayan, 35-40 yaş üstü xanımlara ildə bir dəfə məsləhət edilir. Diaqnostik müayinə - əgər USM və ya digər müayinələrdə anormal kütlə, şübhəli vəziyyət aşkarlanırsa, daha detallı baxmaq üçün bu üsulla müayinə aparılır. Bu 24 yaşdan yuxarı xanımlarda aparıla bilər. Kontrol müayinə - bəzən elə durumlar olur ki, müalicə sonrası keçmiş dəyişikliyi nəzarətdə saxlamaq, müalicənin effektivliyi barədə məlumat toplamaq üçün bu üsula müraciət edirik. Aralıq 3-6 aydan bir ola bilər. Müayinə aparatı rentgenə bənzəyir, ayrıca otaqda olur, həkim radioloqun birbaşa iştirakı ilə edilir.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova