+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Kişilərdə süd vəzi xərçəngi aşkarlana bilərmi?

Kişilərdə süd vəzi xərçəngi aşkarlana bilərmi?

Süd vəzi xərçəngi ancaq qadınlara aid olan bir xəstəlik deyil.

Süd vəzi xərçəngi xəstəliyinə kişilərdə də rast gəlinir.  Araşdırmalara görə hər 100 kişidən birində süd vəzi xərçəngi aşkarlandığı təsbit olunmuşdur.

Kişilərdə döş xərçəngi döş toxumasında meydana gələn nadir xərçəng növüdür. Döş xərçənginin ən çox qadınlara təsir etdiyi düşünülsə də, döş xərçəngi kişilərdə də baş verə bilər. Kişilərdə süd vəzi xərçəngi xəstəliyi hər yaşda baş verə bilər, amma daha çox yaşlı insanlarda rast gəlinir.

Kişilərdə döş xərçənginin simptomları. Kişilərdə döş xərçənginin əlamətləri və simptomları aşağıdakıları əhatə edə bilər:

- Döş toxumasının ağrısız şişməsi və ya qalınlaşması

- Döşü örtən toxumada çuxurlaşma, büzülmə, qızartı və ya şişlik kimi dəyişikliklər

- Məmə başının içəriyə doğru dönməsi

- Məmə ucundan ifrazat

 

Həkimə nə zaman müraciət etməli?

Narahatlığa səbəb olan şübhəli məqamlar, uzun müddət davam edən şikayətləriniz varsa, eyni zamanda qeyd olunan xəstəlik əlamətləri ilə rastlaşmısınızsa, mütləq həkimə müraciət etməlisiniz.

Xəstəlik səbəbləri

Kişilərdə süd vəzi xərçəngi xəstəliyinin meydana gəlməsinin dəqiq səbəbləri bilinmir. Bəzi həkimlər bunun səbəbini onda görür ki, döşdə olan bəzi hüceyrələr sağlam hüceyrələrə nisbətən daha sürətlə böyüyür. Bu halda isə həmin hüceyrələr bir yerə yığılır və kütlə əmələ gətirir. Bu kütlə xərçəng xəstəliyinin meydana gəlməsinə və bədənə yayılmasına təsir edə bilər.

Kişilərdə döş xərçəngi necə özünü göstərir?

Kişilərdə nadir görülən bu xərçəng növünün ən geniş yayılmış olanı duktal karsinomadır. (Süd kanallarında başlayan xərçəng).

Lobular karsinoma (xərçəng süd vəzindən qaynaqlanırsa)

Digər xərçəng növləri. Döş uclarında paget xəstəliyi və inflamatuar tip (yəni, iltihabi tip döş xərçəngi) kişilərdə nadir olsa da görülən xərçəng xəstəliklərindəndir.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova