+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd Vəzi Ağrıları Və Xərçəng Əlamətləri

Süd Vəzi Ağrıları Və Xərçəng Əlamətləri

Süd vəzilərində olan ağrılar

Süd vəzi ağrısı, adətən, xərçəng olmayan səbəblərdən qaynaqlanır. Süd vəzi xərçənginin yalnız süd vəzi ağrısı ilə özünü göstərməsi çox nadirdir. Buna baxmayaraq, bir neçə menstruasiya dövrü keçməyən, menopauzadan sonra meydana gələn və ya xəstənin həyat keyfiyyətini aşağı salacaq qədər şiddətli olan ağrılar həkim tərəfindən qiymətləndirilməlidir.

Süd vəzi ağrısının səbəbləri nələrdir?

Bunun dəqiq səbəbini təyin etmək çox vaxt mümkün olmur. Aşağıdakılardan biri və ya bir neçəsi ağrıya səbəb ola bilər:

- Reproduktiv hormonlar

- Fibrokistik döş quruluşu

- Süd vəzi toxumasının xaricində yaranan ağrılar (sinə, döş qəfəsi əzələləri, ürək və s.)

- İstifadə olunan dərmanlar (Məsələn, doğuşa nəzarət həbləri, menstrual gecikmələrlə bağlı və s.)

- Böyük süd vəzi quruluşu

- Süd vəzi infeksiyaları

- Həddindən artıq kofein istehlakı

- Stress

 

Süd vəzi ağrıları süd vəzi xərçənginin əlaməti ola bilərmi?

Süd vəzi xərçənginin əlamətləri. Uzun müddət ağrı hiss olunarsa və ya əksinə, heç ağrı olmadığı halda da süd vəzi xərçənginin hər an sizin üçün risk daşıya biləcəyini unutmayın və xəstəlik haqqında məlumatlı olun.

Bu xəstəliyin əsas əlamətləri aşağıdakılar hesab olunur:

       sinədə topa bənzər, bərk kütlənin əmələ gəlməsi, əl ilə toxunan zaman hiss edilə bilir;

       asimmetriya və ya döşün böyüməsi;

       döş dərisindən axıntı;

       sinə bölgəsində səpmələr, yaralar, ekzema, qabıq və ya çatlar;

       dərinin portağal qabığı kimi olması;

       döşlərin formasında, rəngində və ölçüsündə dəyişiklik;

       menstruasiya zamanı müxtəlif növ sızanaqlar;

       iltihab;

       qoltuqlarda (qoltuq altı) törəmələrin, şişkinliyin əmələ gəlməsi.

 

Döş xərçənginin ən çox rast gəlinən simptomu törəmədir. Bunu özünüz də süd vəzilərinizi və limfa düyünlərinizi əlinizlə yoxlayaraq aşkar edə bilərsiniz. Əgər kütlə və ya yuxarıda qeyd edilən əlamətlərdən hər hansı biri aşkar edilərsə, sağlamlığınız üçün dərhal həkimə müraciət etməlisiniz.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova