Süd vəzi xərçəngi haqqında
Nəzərə alsaq ki, bütün dünyada döş xərçəngi qadınlar üçün böyük risk daşıyır, qadınlar arasında görülən ən təhlükəli xəstəliklərdə ilk sıradadır, süd vəzi xərçəngi haqqında məlumatlı olmaq çox vacib əhəmiyyət kəsb edir.
Bu xəstəlik haqqında nə qədər məlumatlı olsanız, bir o qədər xəstəliyin ağır fəsadlarından qorunacaqsınız. Bunun üçün aşağıdakı suallara cavab tapmağınız lazımdır:
Süd vəzi xərçəngi nədir?
Süd vəzi xərçənginin əlamətləri hansılardır və bu əlamətlər özünü necə göstərir?
Süd vəzi xərçəngindən qorunmağın yolları?
Süd vəzi xərçəngi xəstəliyi necə meydana gəlir?
Döşlərdən birinin digərindən fərqli olması və ya döşlərin hər ikisində fərqlilik əlamətləri (böyümə, şişmə, qabıq verməsi, çatlaqlar, məmə ucunun dəyişməsi, içəriyə dönük olması, məmə ucundan ifrazat və s. kimi əlamətlər) özünü göstərməyə başladısa, bu mühüm siqnaldır. Amma nəzərə alın ki, bəzən xərçəng heç bir əlamət hiss olunmadan gizli irəliləyir və son mərhələdə əlamətlər üzə çıxmağa başlayır. Ona görə də süd vəzi xərçəngində erkən diaqnoz çox həm də çox vacibdir.
Qadın üçün risk daşıyan təhlükəli xəstəlik
Bilsəniz ki, dünyada hər dəqiqə neçə qadın süd vəzi xərçəngindən dünyasını dəyişir. Bu rəqəmin təhlükəli sayda olmağının bir sıra səbəbləri var. Bunlar qadınların sağlamlığına diqqət etməməsi və müayinələrə getməkdən qorxduğu, xəstəlik haqqında məlumatlı olmamaq və ya xəstəliklə necə mübarizə aparacağını bilməmək səbəbindən baş verir. Əlbəttə, yaxşı həkim də bu işdə ən vacib rolu öz üzərinə götürməlidir.
Süd vəzi xərçəngində risk faktorları və ya süd vəzi xərçəngi niyə meydana gəlir? – Bu kimi suallara cavab tapmaq üçün bloqlarımızı izləyə bilərsiniz:
.