Süd vəzi xərçəngi ilə bağlı soruşulanlar
“Süd vəzi xərçəngi nədir?” sualından tutmuş “süd vəzi xərçəngi müalicəsi nə qədər mürəkkəbdir?”, həmçinin “müalicədən sonra necə yaşamalı?” sualları çərçivəsində hər şey xəstələri maraqlandırır.
Süd vəzi xərçəngi əlamətlərinin aşkarlanmasından sonra
Süd vəzi xərçənginin ilk əlamətlərinin aşkar edilməsindən və süd vəzi xərçəngi diaqnozundan dərhal sonra və müalicə dövründə xəstələri narahat edən və tez-tez soruşulan sualların cavablarını nəzərdən keçirəcəyik.
- Lazer epilyasiyası, qoltuqaltı spreyi, ətirlər və makiyaj vasitələri xərçəng yaradırmı? – Xeyr, sadalanan heç bir məhsul xərçəng yaratmır. Bunu təsbit edən dəqiq nəticələr hələ ki tibbdə yoxdur.
- Şəkərdən həddindən çox istifadə etmək süd vəzi xərçənginə səbəb ola bilər? – Şəkərin birbaşa süd vəzi xərçəngi ilə əlaqəsi olmasa da, şəkərin ümumi sağlamlığınıza zərərli olduğunu unutmayın və normal (ideal) kilonuzu saxlamağa çalışın.
- Kişilərdə süd vəzi xərçəngi. Döş xərçəngi kişilərdə çox nadir görüldüyündən qadınların bir çoxu, hətta bəzi kişilər elə bilir ki, döş xərçəngi onlarda meydana gələ bilməz. Belə ki, hər 100 süd vəzi xərçəngi diaqnozunda 99 xəstə qadın olduğu halda digər 1 xəstə kişi olur. Yəni, bu xəstəliyin kişilərdə təsadüf olunması halı 1%-dir.
- Bu xəstəlik riskinə qarşı müayinəyə nə zaman başlanmalı? 20 yaşından sonra hər qadın ilk başlarda evdə öz-özünü müayinə etməyə davam etməli (əllə müayinə) , şübhələndiyi məqamlarda həkim müayinəsinə baş vurmalıdır.
- Xəstəlik risklərinin qarşısını necə almalı? Risklərin qarşısını həyat fəaliyyətini sağlam orqanizm üçün zəruri alan davranış formalarına uyğunlaşdırmaqla müəyyən qədər almaq olar. Lakin, unutmayın ki, qadın olmaq başlıca riskdir. Odur ki, sağlamlığınızı siz də riskə atmayın və ehtiyac olduğu təqdirdə həkiminizlə məsləhətləşməkdən çəkinməyin.
Sağlam qalmağınız diləyi ilə!
.