Xərçəng xəstəliyi nədir?
Ümumiyyətlə, xərçəng xəstəliyi nədir? Xərçəng xəstəliyi bədxassəli şişlərin böyüməsi, orqan və toxumalarda mövcud olduqları bölgəni, həm də ona yaxın hissələri zədələməsi nəticəsində yayılan xəstəlikdir. Xərçəng gizli şəkildə inkişaf edən ağır bir xəstəlik olduğundan deyə bilərik ki, xərçəngdən uzaq olub həkimlərə çox yaxın olmaq lazımdır. (Yəni, həkim müayinələrini həyatınızın ən vacib məşğuliyyətlərindən birinə çevirin.)
Xərçəng xəstəliyinin müalicəsi
Xərçəng xəstəliyində (eləcə də, süd vəzi xərçəngi) müxtəlif müalicə metodları tətbiq olunur. Nəzərə almaq lazımdır ki, müalicə üsulu ilə yanaşı xəstələrin bioloji və psixoloji xüsusiyyətləri də diqqətə alınmalı, onlara fərdi yanaşma tətbiq edilməlidir. Hansı müalicə metodlarının geniş şəkildə istifadə olunduğunu nəzərdən keçirək:
Süd vəzi xərçəngi müalicəsində əməliyyat
Bu zaman döşlərdə şiş yayıldığı (yenidən yayılmanın qarşısını almaq üçün bəzən ətrafdakı sağlam hüceyrələr də götürülə bilər) hissədən götürülür, onun digər hissələrə yayılmasının qarşısı alınır. Mastektomiya adlandırılan əməliyyatda isə döş (kritik vəziyyətlərdə hər iki döş) tamamilə götürülür.
Hormonal müalicə
Bu müalicə növü sadəcə hormon resoptoru olan şişlərdən əziyyət çəkən xəstələrə tətbiq olunur. Xəstədəki belə hormonlar xərçəng hüceyrələrindəki reseptorlara bağlanaraq bu hüceyrələrin böyüməsini təmin edir. Bu prosesin qarşısını almaq üçün həyata keçirilən müalicə üsulu hormonal müalicə (və ya endokrin müalicə) adlanır.
Kemoterapiya
Kemoterapiyada istifadə olunan dərman vasitələri qan vasitəsilə bədəndəki xərçəng hüceyrələrinə çatır. Kemoterapiya xəstənin vəziyyətinə uyğun olaraq süd vəzi xərçəngi əməliyyatından sonra və ya əvvəl tətbiq olunmaqdadır.
Radioterapiya
Radiasiya dalğaların və ya hissəciklərin daşıdığı xüsusi bir enerji növüdür. Bu müalicə üsulu qoruyucu cərrahiyyə tətbiq olunmuş döşlərdə, eyni zamanda yaxındakı limfa düyünlərində yenidən xərçəng yayılmasının qarşısını almaq üçün tətbiq olunur. Xərçəngin bədənin digər hissələrinə (beyin, sümüklər və s.) yayıldığı hallarda da radioterapiya təsirli müalicə üsulu hesab olunur.
Süd vəzi xərçəngi əlamətləri
Xərçəngdən necə qorunmaq olar? Hər hansı kiçik əlamətlərin təsbit olunması və bu təqdirdə həkimə tez müraciət etmək, süd vəzi xərçəngi əlamətləri hiss olunmasa belə həkim müayinəsini həyat tərzinin bir hissəsi kimi qəbul etmək yuxarıda qeyd olunmuş ağır müalicə metodlarından sizi azad edə bilər.
.