Süd Vəzi Xərçənginin Müalicəsi - Müalicə Növü Və Təsirləri
Xərçəng müalicəsi zamanı yarana biləcək əks göstərişlər müalicənin tərkibi və mürəkkəbliyinə bağlı olaraq dəyişir. Eyni zamanda, bu proses xəstələrin fərdi xüsusiyyətlərinə bağlı olaraq da fərqlənə bilər. Buna görə də çox vaxt həkimlər xəstəliyin mərhələləri və s. amillərdən asılı olaraq hansı müalicə tipinin seçiləcəyi və buna bağlı olaraq hansı əks göstərişlərin görülə biləcəyi haqqında xəstələrə məlumat verirlər. Bunu həkiminizdən rahatlıqla tələb edə bilərsiniz.
Əməliyyat
Süd vəzi xərçəngi əməliyyatından sonra. Pasiyentləri ən çox maraqlandıran suallardan biri də əməliyyatdan sonra hər hansı bir əks göstərişlə qarşılaşıb-qarşılaşmayacaqlarıdır. Əməliyyatdan sonra yarana biləcək əks təsirləri məlumatlanmağınız üçün aşağıda qeyd etdik:
- Əməliyyat edilən hissədə ağrı və həssaslıq (bu, adətən, qısa müddətlik olur)
- İnfeksiya
- Çiyinlər, qoltuq altı, qolun üst hissəsi və döşlərdə qıcıqlanma, uyuşma hissi
- Limfedema
Radioterapiya
Radioterapiyadan sonra rastlanıla bilən əks təsirlər
- Yorğunluq
- Müalicə tətbiq olunan hissədəki dəridə qızarıqlıq, qaşıntı, dərinin quru və həssas olması
- Döşlərdə ağırlıq hissi olması
Kemoterapiya
Kemoterapiyadan sonra nələr ilə qarşılaşa bilərsiniz? Hər müalicə növü kimi bu da təsirsiz keçmir. Qeyd edək ki, kemoterapiya müddətində meydana gələn əks göstərişlər elə müalicə bitdikdən sonra aradan qalxır. Bəs bu təsirlər orqanizmdə necə hiss olunur?
- Yorğunluq
- Ürəkbulanma və qusma
- İştahın kəsilməsi
- Ağızda yaraların meydana gəlməsi
- Saç tökülməsi
- Aybaşı müddətində dəyişmələr (bu təsir qalıcı ola bilər)
- Dəridə göyərmələr və ya kəsiklər olduğunda (yaralanma olan zaman) kiçik qanaxmalar
Yuxarıda qeyd olunanlara əlavə olaraq, bəzən tətbiq olunan müalicə metodları zamanı xəstələrdə qızdırma ve titrəmə, halsızlığın çox hiss olunması (yorğunluq), dəridə qabıqlanma (quruluq və s. tipli), baş ağrıları şikayətləri də görülə bilir.
Bütün bu çətinliklərə baxmayaraq xəstəyə fərdi yanaşma və uyğun müalicə növünün seçilməsi halında həm şikayətlər az olacaq, həm də sağlam bədəninizə yenidən tez müddətdə qovuşa biləcəksiniz.
.