+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Yaşlı İnsanlar Niyə Xərçəng Olur?

Yaşlı İnsanlar Niyə Xərçəng Olur?

Xərçəng xəstəliyi və yaşlılar

Xərçəngin əmələ gəlməsi və inkişafı üçün ən mühüm risk faktoru yaşdır. Xərçəng xəstələrinin 60 faizi 65 yaş və daha yuxarıdır. Bilməlisiniz ki, yaş xərçənginizdə və müalicənizdə mühüm amillərdən biridir.

Ən yaxşı müalicə planı ümumi sağlamlıq, həyat tərzi, üstünlüklər və digər amillərdən asılıdır. Sizlər üçün hazırladığımız bu yazını; Bu, sonrakı həyatda xərçəngin səbəbləri, narahatlığınızın öhdəsindən gəlməyin yolları, müalicə və sağalmanı planlaşdırmağınıza kömək edə biləcək məlumatları ehtiva edir.

Xərçəng xəstəliyinə daha çox yaşlılarda rast gəlindiyini düşünürük. Müasir dövrümüzdə isə həyat tərzimizin sağlamlığımız ilə dost olmaması gənclərdə də xəstəlik riskini aradan qaldırmır, əksinə risk əlamətlərini çoxaldır. Ancaq doğrudur ki, bu xəstəlik (xərçəng xəstəliyi) yaşlılarda çox görülən xəstəlik növlərindən biridir.

Xərçəng xəstəliyinin yaranma səbəbi

Xərçəngin yaranmasına səbəb olan faktorların 80-90%-i ətrafdakı təsir və davranışlarımıza-xarici faktorlara (sağlamlığa ziyanlı qidalanma rejimi, fiziki hərəkət azlığı, gərginlik, stress, şəhər həyatı və s. kimi) bağlıdır. Xərçəngin meydana gəlməsinə təsir edən faktorlar iki əsas qrupa ayrılır. Onlardan birincisi qarşısı alına bilən faktorlardır:

- stress,

- siqaret və spirtli içki istifadəsi,

- qidalanma,

- çox kilolu olma,

- ətraf mühitin təsirlərinə bağlı olaraq radiasiya, bəzi virus və bakteriyalar, çirkli hava şəraiti və s.

Niyə xərçəng yaşlıların xəstəliyidir?

Məlum olduğu kimi, xərçəngin əsas səbəbi DNT-də zədələrin toplanması nəticəsində hüceyrənin nəzarətsiz çoxalmasıdır. Gündəlik həyatımızda bir çox kanserogenlərə məruz qalırıq. Bədənimizdəki DNT təmir sistemi DNT zədələrini effektiv şəkildə bərpa edir. Bundan əlavə, immun sistemimizin hüceyrələri nəzarətsiz şəkildə çoxalan hüceyrələri də aradan qaldırır. Yaşlanma və kanserogenlərə artan məruz qalma ilə DNT zədəsi effektiv şəkildə bərpa oluna bilməz və immunitet sistemi zəifləyir. Əsasən bunların nəticəsində hüceyrələrdə anormal proliferasiya baş verir.

Xərçəng qocalıq xəstəliyi olsa da, gənc yaşlarda da görülə bilər. Bu vəziyyətin meydana gəlməsində irsi faktorlar, kanserogenlərə sıx məruz qalma və həyat tərzi təsirli olur.

Yuxarıda qeyd olunanlarla birlikdə insan iradəsindən asılı olmayaraq sağlamlığa zərər verən bir sıra faktorlar da mövcuddur:

- bunlardan ən başlıcası genetik riskdir (ailədə, nəsildə və s. xərçəng xəstəsinin olması),

- yaş və cins faktoru (məsələn, yaşlılarda bədənin getdikcə zəifləməsi və ya qadınlarda süd vəzi xərçəngi riskinin daha çox yayılması və s. kimi nüanslar),

- hormonların insan bədəninə mənfi-müsbət təsirləri, bioloji dəyişkənlik

Yaşlı şəxslərin bu amillərdən çox təsirləndiyini nəzərə alaraq bildirməliyik ki, 40 yaşdan sonra, xüsusilə 40-69 yaş aralığında daimi tibbi müayinə həyati əhəmiyyət daşıyır.

 

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova