BİOPSİYA
Biopsiya süd vəzində rast gəlinən şübhəli törəmənin mikroskop altında oxunmasıdır.
Günümüzdə ən çox tru-cut biopsiya icra olunur ki, bu zaman müxtəlif qalınlıqlı (ən çox 14,16,18 ölçü) xüsusi iynələrdən istifadə olunur. Müayinə USM altında yerli anesteziya fonunda aparılır. İlk öncə kütlə ətrafı tam anastetiklərlə blokada olunur, sonra kiçik dəri üzərində kəsim aparmaqla iynə USM altından patoloji düyünə yeridilir. Yarımavtomat və ya tam avtomat basma ilə kütlədən bir neçə toxuma nümunəsi götürür.