DİGƏR RENTENOLOJİ MÜAYİNƏLƏR
Həzm sistemi orqanlarının rentgen müayinəsi
Ağciyərlərin yəni döş qəfəsi orqanlarının rentgen qrafiyası dünya üzrə vacib olan və eyni zamanda "check-up" siyahısına daxil olan müayinədir. Döş qəfəsinin rentgen müayinəsi həm skopiya (video görüntü) həm də qrafi rejimdə aparılır. Eyni zamanda süd vəzi xərçəngi ən çox ağciyərə metastaz verdiyi üçün hər xəstəmizə bu müayinəni icra edirik. Eyni zamanda bu əməliyyata gedən pasiyentlərdə əməliyyat paketinə daxildir. Həzm sistemi orqanlarının rentgen müayinəsi Bu müayinə xüsusi olaraq kontrast maddə içildikdən sonra aparılır. Müayinə qida borusu, mədə-bağırsaq orqanlarının selikli qişasının dəyərləndirilməsində, iltihabi proseslər, yara və şişlərin təyin olunmasında əsas üsul sayılır. Müayinələr həm skopiya, həm də qrafiya rejimində çəkilir. Eyni zamanda yoğun bağırsaqların bütün 5 şöbəsini görmək üçün irriqoqrafiya müayinə üsulu icra olunur ki, bu zaman kontrast maddə imalə yolu ilə pasiyentə yeridilir ve orqanlara baxılır.