+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Günel Qəmbərova
Günel Qəmbərova
DUKTOQRAFİYA

Xanımların süd vəzlərindən ifrazatın gəlməsi ciddi məsələdir. Döş başı axıntısı ağ süd rəngi, sarı, yaşıl, tünd yaşıl, qaraya yaxın, tünd qəhvəyi, su kimi aydın, qan rəngində olur

Günel Qəmbərova

Həkimlər su və süd rəngində olanlardan ehtiyat etmir. Əsas narahatverici tünd, qırmızı ifrazatlardır. Bunlar xərçəng və ya axardaxili papillomaların çarçısı ola bilər. Əgər bunlar varsa, həkim sizə USM, yaxmanın sitoloji analizi, duktoqrafiyanı məsləhət görəcək. Ona görə də xanımların süd vəzlərindən tünd və qırmızı rəngdə ifrazat gəlirsə, mütləq həkim müayinəsindən keçsinlər. Belə olan halda süd vəzlərini sıxıb təzyiq etməsinlər. Əsas göstərici: Səhər yuxudan duranda alt paltarlarında qanlı ifrazat; Əyilib iş görərkən vəzdən ifrazat gələrsə Bunlar varsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Bu zaman vəzlərin birbaşa axarları yoxlanılır. Bu mammoqrafiyanın kontrastlı metodu sayılır. Bu zaman hansı vəzdən qanlı ifrazat gəlirsə, ona kontrast maddə daxil edirik. Həmin maddə axarlar boyu yayılır və biz onun görüntüsünü alırıq. Belə hallar üçün duktoqrafiya qızıl standart sayılır. Bu müayinənin mammoqrafiyadan fərqi odur ki, mammoqrafiya süd vəzinin daxilini dəqiq göstərsə də axardakı vəziyyəti ancaq duktoqrafiya ilə görə bilirik.

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova