+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Günel Qəmbərova
Günel Qəmbərova
MÜALİCƏ BÖLMƏSİ

Mastit

Günel Qəmbərova

Mastit Süd vəzi kanallarının tutulması fonunda yaranan iltihabi süd vəzi xəstəliyidir. Ən çox südvermə dövründə olan xanımlarda rast gəlinsə də süd vermədən kənar dövrdə də qadınlarda rast gəlinə bilir. Bu vaxt süd vəziləri şişir, qızarır, temperatur qalxır, süd vəzi daşlaşır ve ağrılı olur.Təcili müalicəyə başlanmasa, mastit absesləşə bilər. Mastit bir çox səbəbdən yaranır: - Düzgün süd verməmək - Əmzirmədən sonra süd vəzində çox südün qalması - Südün sağılmaması - Döşdə əmələ gələn çatlardan keçən bakteriya - İmmun sisteminin kəskin aşağı düşməsi - Süd vəzinin soyuqlaması və s. Mastit bəzən yaşlı insanlarda rast gəlinsə də biz mastitəbənzər xərçənglə differensasiya aparmalı və diqqətli olmalıyıq. Eyni klinika, simptomlar mastitəbənzər xərçəngdə olsa da müalicə və yanaşma tamamilə fərqlidir. Klimakterik vəziyyət Qadınların menepauza vaxtı bitəndən sonra başlayan prosesdir. Təbii ki, hər kəsdə eyni gedişat olmur və qadınlar mütləq bu dövrdə şikayətləri olmasa belə həkim ginekoloqları ilə əlaqə saxlamalıdırlar. Biz isə bu dövrdə pasiyentlərə daha ciddi yanaşırıq. Çünki süd vəziləri klimakterik periodda ən çox xərçənglə xəstələnmiş olur. Hər bir qadın üçün ildə bir dəfə Mammoqrafik müayinəni (şikayəti olub - olmamasından asılı olmadan) icra edirik. Xüsusən də bu dövrdə həkim- ginekoloqlar və ya onkoginekoloqlar tərəfindən yazılmış xüsusi preparatlar, həblər (tərkibi hormonal olduğu üçün) süd vəzində gizli qalan xərçəngi qəfil kəskinləşdirə və ya gələcəkdə bu preparatların xərçəng yarada bilər kimi elmi fikirləri üstün tutaraq süd vəzilərinə qarşı daha diqqətli olmağı və mammoqrafik müayinə olunmağı tövsiyə edirik.

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova