+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Döşlərdə asimmetriya

Döşlərdə asimmetriya

Asimmetriya ciddi sağlamlıq problemi ola bilərmi?

Sinədə asimmetriya olmasının səbəblərindən biri poland sindromudur. Poland sindromunda döşlərdən biri inkişafın hər hansı mərhələsində zəifləmiş, inkişafdan dayanmışdır, bu səbəblə döşlərdən biri digərindən fərqli görünür. Bunlar adətən doğuşdan insanda olan problemlərdir, yeniyetməlik dövründə bəlli olmağa başlayır. Müxtəlif estetik müdaxilələrlə döşlərə əvvəlki görünüşü bəxş etmək olar.

Əslində, hər qadının sinəsində eyni üzümüz və əllərimizdəki kimi müəyyən asimmetriya vardır. Bəzən bu, hiss olunmasa da, bəzən çox gözə batır. Asimmetriya hər zaman çox ciddi problem kimi qəbul edilməməlidir (bəzi istisna hallar da var). Lakin bu, bir çox qadında kompleks yarada bilir. Qeyd etmək lazımdır ki, busqalter istifadə etdikdə də döşlərdəki görünüş çox fərq yaradırsa, səbəbini öyrənmək üçün həkimə müraciət etməlisiniz.

Döşlərdə çöküntü niyə olur?

Döşlərdə çöküntü çox zaman uşağa süd verdikdən sonra (əmzirmə dönəmindən) bəlli olmağa başlayır. Bu da iki döş arasında fərqli görünüşə və sallanmasına səbəb ola bilər.

Süd vəzi xərçəngi – döşlərdə asimmetriya 

Döşlərdə asimmetriya xərçəng əlaməti ola bilərmi? Çox zaman estetik problem kimi yanaşılan asimmetriya əgər böyük yaşlılarda birdən və ani dəyişiklik kimi döşlərdə aşkarlanarsa, bu, xəstəlik əlaməti kimi qəbul oluna bilər. Süd vəzi xərçəngi xəstəliyinin əlamətləri sırasına döşlərdə asimmetriyanın olması da daxil olduğuna görə bu halda  mütəmadi yoxlanmaları gecikdirmək olmaz.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova