Ümumiyyətlə, xərçəng xəstəliyi bədəndəki tərkibi pozulmuş, zərərli hüceyrələrin böyüməsi və çoxalması nəticəsində meydana gəlir. İlk mərhələdə əlamətləri hiss olunmayan və ya görməzdən gəlinən xərçəng başqa orqanlara yayılaraq xəstə həyatı üçün təhlükəli risk daşıyır.
İlkin mərhələdə süd vəzi xərçənginin əlamətləri
Xərçəng gizli bir şəkildə irəliləyən xəstəlikdir. Məhz buna görə ondan qorunmaq çox vaxt mümkün olmur. Süd vəzi xərçənginin geniş şəkildə bilinən əlamətləri:
- Döşlərdə və ya qoltuq altı hissədə əl ilə hiss olunan şişlik,
- İki döş arasında sonradan yaranan ölçü fərqləri, asimmetriya və s.,
- Döş ucundan gələn rəngli ifrazat,
- Döşlərdə və döş ucunda geriyə çəkilmə, sinədə portağal qabığına oxşar görüntü,
- Sinədə qızarıqlıq, çatlar, qabıqlanma və s. əlamətlər.
Müəyyən müddət sonra bu əlamətlər qabarıqlaşa və ya döşlər çox böyüyə bilər. Ona görə də gözlə görünən əlamətlər meydana gəlməmiş erkən müayinə və erkən diaqnoz həyata keçirilməlidir.
Unutmayın ki, bəzən süd vəzi xərçəngi əlamətləri heç cür hiss olunmur. Ona görə həyatınızı öz əllərinizlə risk altına atmayın. İldə 1-2 dəfə mammoqrafiya müayinəsindən keçin.
Həyata gecikməmək üçün müayinələrə də gecikməyin.
.