+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Mammoloq-Radioloq Günel Qəmbərova “Breastanbul 2024” Beynəlxalq Süd Vəzi Konfransında iştirak edir

Mammoloq-Radioloq Günel Qəmbərova “Breastanbul 2024” Beynəlxalq Süd Vəzi Konfransında iştirak edir

Hər zaman xarici ölkələrdə təşkil olunan nüfuzlu tibbi konfranslarda aktiv iştirak edən həkiminiz, mammoloq-radioloq Günel Qəmbərova bu dəfə də beynəlxalq elmi platformada ölkəmizi təmsil edir. 😊

Hazırda Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən “Breastanbul 2024” Beynəlxalq Süd Vəzi Konfransında iştirak edən Dr. Günel Qəmbərova, süd vəzi xəstəliklərinin diaqnostika və müalicəsində ən son elmi yenilikləri, müasir yanaşmaları və qabaqcıl tibbi texnologiyaları yaxından izləyir.

Bu kimi beynəlxalq konfranslar yalnız biliklərin yenilənməsi deyil, həm də dünya təcrübəsinin birbaşa öyrənilməsi, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparılması və real klinik halların müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.

Dr. Günel Qəmbərova əldə etdiyi yeni bilik və təcrübə ilə Vətənə qayıdaraq pasiyentlərinə daha yüksək səviyyədə xidmət göstərməyi, süd vəzi xəstəliklərinin erkən diaqnostikasında və düzgün yönləndirilməsində daha effektiv yanaşmalar tətbiq etməyi qarşısına məqsəd qoyur. 🩷

Biz də həkimimizə bu elmi yolunda uğurlar arzulayır, sevdiyi peşəsinə olan sevgisi və xüsusi yanaşması ilə müayinələrində hər zaman xoş xəbərlərə imza atmasını diləyirik. Onun elmi inkişafı, eyni zamanda minlərlə qadının sağlam gələcəyinə atılan addımdır.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova