Hər il İstanbulda təşkil olunan və süd vəzi xəstəlikləri sahəsində ən önəmli elmi tədbirlərdən biri hesab edilən “İllik Meme Toplantısı” bu il də yüksək səviyyədə baş tutub. Tədbirdə mammoloq-radioloq Günel Qəmbərova da iştirak edərək Azərbaycanı beynəlxalq elmi platformada təmsil edib.
Konfrans çərçivəsində tanınmış Azərbaycan və Türkiyə həkimləri arasında elmi müzakirələr aparılıb, mürəkkəb klinik hallar üzərində fikir mübadiləsi edilib və süd vəzi tibbinin ən son yenilikləri paylaşılıb. Bu cür tədbirlər həm müasir diaqnostika və müalicə yanaşmalarını yaxından izləmək, həm də real pasiyent halları üzərindən praktiki bilikləri dərinləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Günel Qəmbərova qeyd edir ki, dünya miqyaslı konfranslarda mütəmadi iştirak etmək yalnız fərdi inkişaf üçün deyil, eyni zamanda Azərbaycanda süd vəzi tibbinin hansı səviyyədə olduğunu görmək və bu sahənin beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdiyini təsdiqləmək baxımından da çox önəmlidir.
Belə elmi görüşlər ölkəmizdə süd vəzi sağlamlığı sahəsində biliklərin daim yenilənməsinə, təcrübənin zənginləşməsinə və pasiyentlərə daha keyfiyyətli tibbi xidmət göstərilməsinə mühüm töhfə verir. 🎗️
.








