+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Mammoloq-radioloq Günel Qəmbərova Odlar Yurdu Universitetində maarifləndirici məruzələrlə çıxış etdi

Mammoloq-radioloq Günel Qəmbərova Odlar Yurdu Universitetində maarifləndirici məruzələrlə çıxış etdi

İllərdir Bakıda, regionlarımızda, kəndlərdə, eləcə də dünyanın bir çox beynəlxalq konfranslarında çıxış etməyimə baxmayaraq, bu dəfə fərqli və mənəvi baxımdan çox dəyərli bir məkanda – Odlar Yurdu Universitetində məruzələrlə çıxış etməyə qərar verdik. Bizə bu qapını açan, bu fürsəti yaradan universitet rəhbərliyinə və xüsusilə rektorluğa dərin təşəkkürümü bildirirəm.

Məqsədimiz sadədir, amma çox önəmlidir: səs olmaq. Qadınların təhlükəli xəstəliklərdən qorunması üçün onlara doğru məlumatı, düzgün istiqaməti və vaxtında atılmalı olan addımları göstərmək. Süd vəzi xəstəliklərindən qorunmada ən vacib mərhələlərdən biri məhz maarifləndirmədir. Biz də bu yolda üzərimizə düşəni etməkdən heç vaxt çəkinməyəcəyik.

Maarifləndirmə təkcə tibbi bilik paylaşımı deyil, həm də qadınlara “sən tək deyilsən” mesajını verməkdir. Erkən diaqnozun həyat xilas etdiyini anlatmaq, qorxunu deyil, şüurlu yanaşmanı təşviq etməkdir.

Mən sizin həkiminizəm, amma eyni zamanda dostunuz olmaqdan da qürur duyuram. Mənə güvəndiyiniz, inandığınız və bu yolda mənimlə birlikdə addımladığınız üçün hər birinizə minnətdaram. 🩷

🗓️ 12 mart tarixində Odlar Yurdu Universitetinin tələbə, müəllim və professor heyəti qarşısında məruzə etdim. Gəlin birlikdə qadın sağlamlığı naminə daha güclü, daha məlumatlı və daha şüurlu olaq.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova