Mammoqrafiya nədir?
Süd vəzi xərçənginin aşkarlanmasında qızıl standart olan mammoqrafiya müayinəsi haqqında aldığım bütün suallara bu bloqda aydınlıq gətirdim.
Süd vəzi xərçənginin aşkarlanmasında - erkən diaqnoz zamanı mammoqrafiya müayinəsi çox vacibdir. Təəssüf ki, xanımlarımız mammoqrafiya müayinəsindən qaçır və ya bu müayinə üsulundan müəyyən qədər qorxurlar. Bəzən xanımlar elə düşünür ki, onların döşləri çox əziləcək, sıxılacaq və ya ağrıyacaq.
Mammoqrafiya müayinəsi
Bildirmək istəyirəm ki, mammoqrafiya müayinəsi zamanı əgər mammoqrafiya cihazı kifayət qədər müasir tələblərə cavab verirsə, həmçinin mammoqrafiya müayinəsini həyata keçirən həkim yaxşı ixtisaslaşmış mütəxəssisdirsə, o zaman heç bir ağrı, döşlərdə sıxılma və s. əlamətlər hiss olunmayacaq.
Mammoqrafiya ən effektiv süd vəzi müayinəsini həyata keçirir
Mammoqrafiya müayinəsi ona görə vacibdir ki, digər müayinə metodlarına baxmayaraq mammoqrafiyanın köməyi ilə süd vəzi xəstəliklərinə dair dəqiq məlumatı əldə edə bilirik.
Əsasən 35-40 yaş və 50+yaşlarda olan qadınlarda hər ildə bir dəfə mammoqrafiya müayinəsi həyata keçirilməlidir.
Gənc xanımlarımızda isə əgər nəsildə və ailədə xərçəng keçmişi varsa, daha tez zamanda müayinələri həyata keçirmək onları xəstəliklərdən qorumaq üçün vacibdir.
.
.