Metastatik döş xərçəngi, yəni yayılan süd vəzi xərçəngi olan xəstələrdə xərçəngin müalicəsində yeni yanaşmalar müsbət təsirləri vəd edir. Bu həm xəstələrin sağalma ehtimalını artırır, həm də kemoterapiya ehtiyacını azaldır.
Ailə tarixçəsi – xərçəng xəstəliyi üçün risk faktoru varmı?
Xərçəng xəstəsi olmaq ehtimalı neçə faiz təşkil edir? Xərçəng xəstələrinin 80%-i əlli yaşdan yuxarı olan xəstələrdir. Araşdırmalar göstərir ki, süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrin 10%-ə qədərinin ailəsində bu xəstəlikdən vaxtilə əziyyət çəkmiş və ya xərçəng xəstəsi olan fərdlər vardır.
Xərçəngin erkən diaqnozu – süd vəzi xərçənginin diaqnozu
Erkən diaqnozun əhəmiyyətini dəfələrlə xatırlatmağa çalışmışdıq. Çünki risklərin sayı tükənmir, xəstəliyin ağır mərhələyə çatması işi daha da çətinləşdirir. Biz xəstələrə ümid vəd etmək və yeni sağlam həyat yolu bəxş etmək istəyirik.
Xərçəngin mərhələləri
Erkən diaqnoz xərçəngin ilk əlamətlərini bəlli etdiyi kimi, ilk mərhələdə diaqnozu müəyyənləşdirmək də xəstəliyin müalicəsini asanlaşdıran bir məqamdır. Xərçəng müalicəsində müxtəlif müalicə üsullarından hansının nə zaman tətbiq ediləcəyi xəstəliyin mərhələlərindən asılı olaraq dəyişir. Diqqət etməli məqamlardan biri də orasıdır ki, hər müalicə növünün fərqlilikləri olduğu kimi, yan təsirlər də bununla bağlı fərqlilik təşkil edir.
Sıçrayan döş xərçəngi – metastatik xerceng
Müalicədə yeni yanaşmalarla hətta qoltuqaltına sıçrayan süd vəzi xərçəngini də müalicə etmək asanlaşır. Müalicədə əsas məqsəd sıçrayan xərçəngin digər orqanlara da yayılmasının qarşısını almaqdır. (Hormon reseptorları bu prosesdə nəzərə alınır)
İstifadə edilən dərmanlar sağ qalma müddətini uzatmağa kömək edir
Yeni müalicə yanaşmaları, istifadə edilən (ağırlığı çox olmayan) dərmanlar yan təsirləri azaldır, bu da pasiyentlərin həyat fəaliyyətinin yaxşılaşmasına gətirib çıxardır. Hətta metastazlaşmış döş xərçəngində də. Döş xərçənginin müalicəsi yönündə irəliləyən süd vəzi xərçəngində yeni yanaşmalar süd vəzi xərçəngi xəstələrinin sağalması üçün yeni bir ümid qaynağıdır.
Hər zaman sağlam qalmağınız diləyi ilə - sağlam olun!
.