+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Niyə gənc qadınlar süd vəzi xərçənginə tutulur?

Niyə gənc qadınlar süd vəzi xərçənginə tutulur?

Süd vəzi xərçəngi haqqında

Ən başlıca məqam xəstəliyin səhv anlaşılması, süd vəzi xərçəngi əlamətlərinin bilinməməsi, xərçəngin xüsusiyyətləri ilə bağlı yanlış məlumatlara malik olmaq və hər eşidilənə inanmaqdan keçir. Süd vəzi xərçəngi haqqında bilinənlər və xərçəng haqqında bilinməyənlər xəstəliklə mübarizəyə təsir göstərməkdədir.

Gənc qadınlarda süd vəzi xərçəngi

Yaşlılıqla özünü birüzə verən xərçəng əlamətlərinin gənclərdən uzaq gəzəcəyini düşünürdülər. Müəyyən zamana qədər, bəli, bu, belə idi. Lakin insanların həyat tərzinin qeyri-sağlam formalaşması illər keçdikcə daha ziyanverici olur. Belə ki, 35 yaşdan aşağı olan qadınlarda da bu xəstəliyə tutulma riski artmaqda davam edir. Hər il mammoqrafiya üçün müayinə yaşının 49-dan 40-a endirilməsi təsadüfi hal deyil.

Ailədə xərçəng xəstəsi olan üzvlər olduqda

Ailədə xərçəng xəstəsi olan üzvlər olduqda xərçəng riski necə artır? Əgər ailədə xərçəng keçmişi varsa, genetik testlər edilməsi vacibdir. Həmçinin tez-tez həkim müayinəsinin həyata keçirilməsi və sağlamlığı qoruyacaq məsləhətlərin dinlənilməsi.

Döşlərdəki kistalar

Kistaların xoşxassəli və ya bədxassəli olub-olmaması dəqiq araşdırılmalıdır. Adətən 6 ay-1 il müddətdə bu proses izlənilməlidir. Hər kista xərçəng yaratmır. Amma risk faktorlarından biri kimi kistanı unutmaq olmaz.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova