Oktyabr ayı - Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayıdır. Mübarizə Ayına özəl süd vəzi müayinələrini bu ay (oktyabr ayı ərzində) endirimli həyata keçiririk. Bu ay ərzində müayinələr üçün güzəştli şərtlər təklif edirik. Hər biriniz faydalanmağa çalışın.
Qeyd etmək istəyirəm ki, dünyada və Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Sən! Dəyərli qadın, sən o 8 qadından biri olma, sən öz sağlamlığına dəyər verənlərdən ol!
Mammoqrafiya müayinəsindən keçənlərə HƏKİM QƏBULU Ödənişsiz olacaq. Hər biriniz gözəlləşin, yenilənin, sağlam şəkildə həyatı sevincli yaşayın deyə çalışırıq, əziz xanımlar!
Bildirmək istəyirəm ki, oktyabr ayının əvvəlləri Türkiyədə keçirilən Beynəlxalq Konfransda - Breastanbul 2024 iştirak etdim. Sizə daha yaxşı şəkildə xidmət göstərmək və tibbin bütün yeniliklərindən yararlanmaq məqsədilə daima ölkədaxili və xarici konfranslarda iştirak edirəm. Öyrənməyə, daha yaxşı xidmət göstərməyə, sağlamlığınızı qorumaöa daim çalışacağam.