Doğru busqalter seçimi həm estetik, həm də sağlamlıq baxımından çox vacibdir. Süd vəzi "sauna effekti"- ni sevmir. Bustqalter sizi tərlətməli deyil, ipləri sallanmamalıdır. O, süd vəzini qaldırmalıdır, dəmiri süd vəzi toxumasını kəsməməli, kobud iz qoymamalıdır! Kürək nahiyəsində busqalterin bağlanan hissəsi yuxarı qalxmalı və sıx olmalı deyil.
Bu süd vəzisində durğunluq və qansızma yaradacaq. Süd vəzilərində şişkinlik yaranacaq və daim ağrıyacaq. Hamilə və südverən analar xüsusi busqalter geyinməlidir! Sintetik və ucuz busqalterlərdən qaçın! Busqalter sıx olduqda xərçəng yaranmır! 12 saatdan çox busqalterle gəzmək məsləhət deyildir!
Qadın busqalterdə narahatdırsa, demək düzgün seçilməyib. Busqalter seçimi çox individual olmalıdır. Çünki hər kəsin süd vəzi özünəməxsusdur.
.