+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Şüa müalicəsi alanlar yayda buna diqqət yetirməlidirlər!

Şüa müalicəsi alanlar yayda buna diqqət yetirməlidirlər!

Radiasiya terapiyasının məqsədi xərçəng hüceyrələrini məhv etməkdir, lakin bu vaxt müalicə zonasında qalan sağlam hüceyrələr də təsirlənəcək. Bu şəkildə baş verə biləcək yan təsirlər adətən yüngül olsa da, bəzi xəstələrdə çox narahat ola bilər. Saç tökülməsi Yorğunluq hiss itkisi Anemiya nəcisdə qan Sonsuzluq Hər bir orqanizm radioterapiyaya fərqli reaksiya verir. Radioterapiya alan hər bir xəstə sağlamlığını qorumaq və müalicənin uğurlu keçməsini təmin etmək üçün özünə diqqət yetirməlidir. Radioterapiya yəni şüa müalicəsi alanların süd vəzisi ətrafında və üzündə dəri qızarıqlığı, qaralmalar, dəridə quruluq, qaşınmalar və s. ola bilər. Artıq havalar yavaş- yavaş istiyə doğru getdiyindən pasiyentlərə məsləhətimiz: Günəş şüalarından qorunsunlar və ya tam zərərli saatlarda havada olmasınlar. Nəmləndirici krem və ya SPF 30, günəş kremi istifadə etsinlər. Kremi küçəyə çıxmazdan 30 dəq əvvəl çəksinlər. Prosedur 2 saatdan bir təkrarlanmalıdır, kölgədə otursanız belə günəşin təsiri vardır. Ona görə də çalışın ki, qolu uzun və ya təmiz pambıqdan hazırlanmış geyimlər geyinəsiniz..

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova