Süd vəzi müayinələrini axsatmayın
Müayinələri axsatmayın! Bu sizin sağlamlığınızdır, ən dəyərli sərvətinizdir. Bir problem varsa və o nə qədər tez aşkarlanarsa, xəstəlikdən tam sağalma şansı vardır. Digər bloqlarımızı da nəzərdən keçirərək süd vəzi sağlamlığı haqqında daha çox maariflənə bilərsiniz.
Erkən müayinə həyat qurtarır. Mammoqrafiya müayinələrini axsatmayın.
Süd vəzi müayinələri 40 yaşdan sonra daha vacibdir?
Xanımlar düşünürlər ki, Mammoqrafiya 35-40 yaşdan başlayırsa, demək ki, tez yaşda xərçəng olmarıq?
Bu, yanlış düşüncədir! Mammoqrafiya müayinəsi profilaktik məqsədlə 35-40 yaşdan başlayır, aşağı yaş qrupunda isə professional həkim tərəfindən yoxlanılmaq və ultrasəs müayinəsinin həyata keçirilməsi şərtdir.
35 yaşdan sonra ildə bir dəfə mammoqrafiya müayinəsindən keçərək xərçəngin sizi qəfil yaxalamasının qarşısını ala bilərsiniz. Bu şansınızı vaxtında dəyərləndirin.
Kişilər də mammoqrafiyadan keçə bilər
Müayinə 24 yaşdan etibarən şübhəli durumlarda mütləq həyata keçirilməlidir. 100 insandan 1 kişi döş xərçəngi olur. Unutmayın, erkən vaxtda qoyulmuş diaqnoz həyat qurtarır!
Müayinə olunmağa və həyatınızı doya-doya yaşamağa gecikməyin.
.