+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngi əlamətlərinin aşkar edilməsi

Süd vəzi xərçəngi əlamətlərinin aşkar edilməsi

Süd vəzi xərçəngi çox insanda aşkarlanır

Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə təqdim etdiyi hesabatda il ərzində süd vəzi xərçəngi xəstəliyindən ölən qadınların sayının təqribən 627 minə yaxın olduğu açıqlandı. Bu o deməkdir ki, süd vəzi xərçəngi qadınlar arasında ilk sırada olan ən riskli xəstəliklərdən biridir. Hər il belə xəstələrin sayı artmaqda davam etsə də, unudulmamalıdır ki, tibbin imkanları sabit qalmır, inkişaf edən texnologiya və effektiv müalicə metodları yenilənməkdə davam edir.

Süd vəzi xərçəngində erkən diaqnoz vacibdir

Əgər ən kiçik əlamətlərin hiss olunduğu vaxtdan həkim müayinəsinə baş vursanız, tez qoyulmuş diaqnozun və vaxt itirmədən başlanılan müalicənin müsbət təsiri ilə xərçəngdən ölüm riskini xeyli azaltmış olarsınız. Risklərin çox olmasına baxmayaraq onlardan məlumatlı olmaq və mühafizə yollarını planlamaq sağlamlığınızın dayaq nöqtəsidir.

Süd vəzi xərçəngi əlamətlərinin aşkar edilməsi

İlkin müayinəni özünüz, hətta evdə rahatlıqla edə bilərsiniz. Bu cür yoxlamaları aybaşı bitdikdən 4-5 gün sonra etməyiniz vacibdir. Sağlamlığınızdan əmin olmağınız üçün bir neçə müxtəlif və sadə üsullar haqqında danışacağıq.

  1. Ayna qarşısında olarkən  müayinəni necə etməli? Çılpaq şəkildə qollarınızı havaya qaldırıb düz tutun. Döşlərin toxumasında bir fərqlilik, döş uclarında yara, çıxıntı, əlinizlə sıxdıqda axıntı olub-olmadığını müəyyənləşdirin.
  2. Yataqda müayinə. Yataqda uzanın ve başınızı yastığa qoyun. Sol əlinizi yastığın altına yerləşdirin və sağ əl ilə döşləri yuxarıdan uclara və əksinə, uclardan yuxarı doğru basdırın. Bunun ardınca dairəvi hərəkətlərlə davam edə bilərsiniz (azca basdıraraq).

Yuxarıda qeyd olunanları bu dəfə sağ əlinizi yastığın altına qoyub sol əlinizlə icra edin. Döşün hər ikisini yoxladıqdan sonra növbəti addım ucları sıxdıqda axıntının gəlib-gəlmədiyini yoxlamaqdır. Döşlərdə sərtlik hiss etsəniz və ya axıntı görsəniz tez zamanda həkim qəbulunda professional müayinə üçün müraciət edin.

  1. Duş alarkən də sağlamlığınızı unutmayın. Bu zaman da yataqda tətbiq edilən müayinə kimi ilk öncə, sol əl başın arxasına yaslanır, sağ əllə döşlər yoxlanılır. Sonra isə eyni hərəkətin əksi - sağ əli başın arxasına dayayıb sol əllə davam etmek.

 

Bu cür aylıq yoxlamalardan əlavə hər ildə bir dəfə ümumi həkim müayinəsindən keçmək və mammoqrafiya müayinəsi şərtdir. Mammoqrafiyanı, xüsusilə, hər qadın 35 yaşdan sonra hər il çəkdirməlidir. Hər hansı səbəbdən risk daşıyan qadınlar (genetik və s. faktorlar səbəbindən) 25 yaşdan sonra yuxarıda qeyd olunan tədbirləri diqqət mərkəzində saxlamalıdır.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova