+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngi haqqında bilinən yanlışlar

Süd vəzi xərçəngi haqqında bilinən yanlışlar

Süd vəzi xərçəngi

Bu xərçəng növü döşlərdə olan hüceyrələrin nəzarətsiz çoxalmağa və böyüməyə başlaması nəticəsində meydana gəlir.

Süd vəzi xərçəngi əlamətləri nə qədər tez nəzərdən keçirilərsə bir o qədər xəstəliyin şiddətlənməsi risklərinin qarşısını almaq mümkündür.

Bu xəstəliyin əlamətləri və riskləri ilə bağlı yanlış təsəvvürlər də mövcuddur. Malik olduğumuz məlumatın doğruluğunu təsdiqləyərək özümüzü süd vəzi xərçəngindən qoruya bilərik.

 

Süd vəzi xərçəngi ilə bağlı geniş yayılmış yanlış təsəvvürlər hansılardır?

  • “ Əlamətlər yoxdursa, həkimə müraciət etməməliyəm. “ Digər xərçəng növlərində olduğu kimi süd vəzi xərçənginin də əlamətlərini gec hiss edə bilərsiniz. Bu xəstəlik sakit irəliləməyi sevir. Ona görə də ildə bir neçə dəfə müayinə olunmaq ən vacib addımdır.
  • “ Döşlərdə axıntı varsa, bu, hər zaman xəstəlik əlamətidir. “ Xeyr, belə deyil. Hər qadında döşlər sıxıldığında axıntı görülə bilər. Axıntılar səbəbsiz meydana gəldikdə, qanlı axıntı və ya təktərəfli olduqda xəstəlik əlamətidir.
  • “ Süd vəzi xərçəngi əməliyyatından sonra qolumu əvvəlki kimi rahat hərəkət etdirə bilməyəcəyəm. “  Hər tətbiq olunan əməliyyatda qoltuq altındakı limfa damarlarının hamısına toxunmurlar. Gərəkli miqdarda alınması yetərlidir, qolun şişməməsi üçün diqqətli olmaq, lazımi tədbirləri həyata keçirmək lazımdır.
  • “ Sağalmaq mümkün deyil. Döşlərimi itirə bilərəm. “ Tez və düzgün müdaxilə ilə həyatınıza tamamilə sağlam davam edə bilərsiniz.

 Sağlamlığınız üçün həkim məsləhətlərini diqqətə alın, xəstəlik əlamətlərini görməzdən gəlməyin. Sağlam olmaq istədikcə xəstəlik sizdən həmişə uzaq qalacaq.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova