+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngi haqqında bilmədikləriniz

Süd vəzi xərçəngi haqqında bilmədikləriniz

Süd vəzi xərçəngi əlamətləri, süd vəzi xərçəngindən necə qorunmaq olar?

Sağlamlığı qoruyacaq, xəstəlikləri uzaqlaşdıracaq hər addımı planlamaq üçün xəstəliklər haqqında məlumatlı olmaq və həkim müayinələrini gecikdirməmək lazımdır. Doğru vaxtlarda həkim müayinəsi sizi həm xəstəlikdən, həm də stressdən qoruyur, sağlam həyat tərzini təmin edir.

Süd vəzi xərçənginin ən əsas əlamətləri nələrdir?

  • döşlərdə, qoltuq altında və s. sərtlik və ya şiş hiss edilməsi,
  • süd vəzi dərisində qızarıqlıq, qaşıntılar,
  • döşlərdə istilik hissi,
  • axıntılar,
  • 3-4 həftədən çox çəkən ağrılar

 

Bütün bunlarla yanaşı süd vəzi xərçəngi haqqında bilmədiyimiz hər şey bizi xəstəliklərə daha yaxın edir. Bilmədiyimiz məqamların hansılar olduğunu nəzərdən keçirək:

  1. Süd vəzi xərçəngi həmişə sinədə şiş və ya sərtlik kimi hiss olunmur, hətta hiss olunmaya da bilər. (Döşlərdə gözlə görülə bilən dəyişiklik olmaz və ya toxunulduğunda bu, hiss olunmaz).
  2. Süd vəzi xərçəngi diaqnozu qoyulmuş hər hansı kişi cinsi nümayəndəsi ilə qohumluq (ailədə, nəsildə və s. xəstə olan kişi olması) süd vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. Ata, qardaş, oğul kimi yaxın qohumların xəstə olması risk əlaməti daşıyır. Genetik test nəticələrini öyrənmək sağlamlığınızı qorumaq üçün faydalı addımdır.
  3. Normal kilo həddini saxlamaq sizi xəstəliklərdən uzun müddət mühafizə edir. Çox kök qadınlar (xüsusilə, menopauza dövründən sonra kilolu olmaq) xəstəlik riskini yaxınlaşdırır. Gün ərzində ən az 30 dəqiqəlik gəzinti həm stress səviyyəsini balanslaşdırır, həm də sizi xərçəng xəstəliyindən qorumağa xidmət edir. Ona görə də sağlam qidalanma və sağlam fiziki hərəkətlərə vaxt ayırmağa çalışın.
  4. Xərçəng gənclərdən də uzaq gəzmir. Gənc olmağınız, təəssüf ki, sizi xəstəliklərdən qorumağa kifayət etmir. Ona görə də ildə ən az 1 dəfə ümumi check-up və qadınlar üçün xüsusilə, süd vəzi müayinəsi olduqca vacibdir.
  5. Gündəlik alqokol istifadəsi (spirtli içkilər və s.) ən riskli davranışlardandır. Unutmayın ki, spirtli içkilər bütün orqanlarınıza təsir edir.

 

Özünüzü qorumaq sizin əlinizdədir.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova