+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngi ilə yaşamağın qaydaları

Süd vəzi xərçəngi ilə yaşamağın qaydaları

Süd vəzi xərçəngi diaqnozu

Süd vəzi xərçəngi diaqnozundan sonra (erkən müayinə və diaqnoz hər zaman ümidvericidir) müalicə prosesi başladıqda artıq xəstə də yeni həyata başlayır. Bu müddətdə:

həkimin təyin etdiyi vaxtlarda müayinə getmək,

qidalanma rejiminə riayət etmək,

ideal kilonu saxlamaq,

fiziki idmanla məşğul olmaq və digər fəaliyyətlər öz xüsusi rolunu saxlamaqdadır.

Süd vəzi xərçəngi müalicəsindən sonra

Arzu edərdik ki, hər xərçəng müalicəsi effektiv olsun və xəstələr sağlamlıqlarına qovuşsunlar. Bununla yanaşı, bilməlisiniz ki, müalicə bitdikdən və sağlam bir şəxs kimi həyatınıza davam etdikdən sonra hansı qaydalara riayət etməlisiniz.Bu qaydalar çox mürəkkəb deyildir, çox sadə olan bir neçə addımı təsdiqləmək sizi risklərdən qorumaqla sağlamlığınızı da zəmanət altına alır.

Süd vəzi xərçəngindən sonrakı həyat

1. Müalicədən sonrakı dövrdə müayinələrdən imtina etmək olmaz. Uğurlu müalicənin ardından uzun müddət keçməmiş (həkiminiz neçə aydan bir müayinə olunmalı olduğunuzu izah edəcək) yenidən müayinələrə getmək və sağlam günləri risk altına atmamaq lazımdır. Müayinə tarixləri xərçəngin risk faktorlarına əsasən müxtəliflik təşkil edə bilər.

2. Dərmanların əks-təsirlərinə diqqət edilməlidir. Bəzən müalicə bitdikdən sonra da xəstələr nəzərdə tutulmuş dərmanlardan uzun müddət istifadə etməli olurlar. Ona görə də qeyd olunmuş dərmanların istifadə şərtləri və həmin istifadədən irəli gələn təsirlər mütləq həkimlə müzakirə olunmalıdır.

Sağlamlığı qorumaq üçün hər kəs kimi D vitamini və kalsiuma daha çox ehtiyac var.

3. Fiziki hərəkətə üstünlük verin. Hər gün 40 dəqiqəlik idman və ya piyada gəzinti sizin üçün faydalı bir davranış vərdişi olacaq.

4. Hamiləlik planlanmalıdır. Müalicə prosesində istifadə olunan bəzi dərmanlar və s. qadınlarda uşaq sahibi olmaq üçün maneələr törədə bilər. Bu risklərin həkim tərəfindən daha əvvəl heç doğum etməmiş qadınlara izah olunması mütləqdir. Müalicə bitdikdən və tam sağaldıqdan sonra hamiləlik arzulana bilər.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova