+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngi riskini azaltmaq mümkündürmü?

Süd vəzi xərçəngi riskini azaltmaq mümkündürmü?

Süd vəzi xərçəngi - risk faktorlarının mövcudluğu

Bəzi risk faktorlarının qarşısı alına bilsə də, risk amili genetika olduqda (əgər ailədə, yaxın qohumlarda bu diaqnoz nə vaxtsa aşkarlanıbsa) xəstəliyə tutulma riski kifayət qədər azaldıla bilmir. Bütün hallarda süd vəzi xərçəngindən mümkün qədər qorunmaq üçün aşağıda etməli olduğunuz əsas qoruyucu tədbirlər açıqlanmışdır:

 

Nə etməli?

Bu sırada qeyd olunanlar xərçəng daxil olmaqla bütün təhlükəli və ağır xəstəliklərin yaranma riskini artıran davranışlardır. Gündəlik həyat tərzimizi sağlamlığın əsas şərtlərinə uyğun formalaşdırmaqla özümüzü qoruyaq:

 

  1. Qidalanma və ideal kilo (ideal kilo yaş və boy amilləri də nəzərə alınmaqla  müəyyənləşdirilməlidir) rejiminə diqqət etməklə mütəmadi idman etmək

Çox kilo ilə yaşamaq sağlamlığınıza düşmən, ən riskli faktor hesab olunur. İnsan bədənindəki artıq kilolar hormonlar sisteminə, onların işinə yaxşı təsir göstərmir. Mümkün qədər hazır qidalardan uzaq durmaq, meyvə və tərəvəzlə qidalanmaq lazımdır. İdman isə həm bədəninizi fiziki aktiv hərəkətlə təmin edir, həm də ideal kilonuzu qorumağa yardımçı olur.

 

  1. 30 yaş tamamlanmadan ana olmaq

Çox gec uşaq dünyaya gətirməyi planlaşdırmayın, 30 yaşınız tamamlanmadan ana olun. Çünki qadın süd vəziləri doğuşdan sonra və uşağa süd verən zaman tam inkişaf etmiş sayılır. Bu, həm də sizi təhlükəli xəstəliklərdən qoruyacaq.

 

  1. Siqaret və alkoqol - heç bir faydası olmayan, təhlükəli maddələr kimi hər ağır xəstəliyin əsas səbəbkarı olaraq qalır. Siqaret bütün növ xərçəng xəstəliklərinin sürətlə inkişafına səbəb olur. Spirtli içkilər isə orqanizmdə sağlam hüceyrələrin çoxalması və böyüməsində vəzifəli olan fol turşusunun qandakı miqdarını azaltdığı üçün xərçəngə tutulmaq riskini artırır.

 

  1. Həkim məsləhəti olmadan və ya həkimlə məsləhətləşmədən vitamin qəbul etməyin. Vitaminlər adından göründüyü kimi, bizə zərərsiz olduğu təəssüratını bağışlayır. Ancaq hər dərman dozunda güclüdür. Vitamin çatışmazlığının qarşısını almaq üçün həkim tövsiyəsi olmadan müxtəlif dərmanlar qəbul etmək xərçəng riski yaradan davranışlardandır.

 

Unutmayın, riskləri azaltmaq xəstəliyə “yox” demək üçün ilk əsas addımdır.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova