+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngində erkən diaqnoz önəmlidir

Süd vəzi xərçəngində erkən diaqnoz önəmlidir

Süd vəzi xərçəngi ən çox rast gəlinən xəstəliklərdəndir

Bilirdinizmi ki,dünyada hər 20 saniyədə bir qadına süd vəzi xərçəngi diaqnozu qoyulur. Ona görə də erkən diaqnoz, tez müdaxilə həyat qurtarır.

Süd vəzi xərçəngi xəstəliyinin yalnız qadınlarda meydana gəldiyinə inanan kişilər yanılırlar, bu o deməkdir ki, kişi cinsinin nümayəndələri də çox tez-tez olmasa belə, süd vəzi xərçəngindən qorunmaq üçün həkim müayinəsini etdirməli olduğunu unutmamalıdır. (Kişilərdə xərçəng xəstəliklərinin 1%-ni süd vəzi xərçəngi təşkil edir).

Süd vəzi xərçəngində erkən diaqnoz

Erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Xəstəliyin ilk mərhələsində edilən müdaxilə, ilk müalicə metodları müsbət nəticə verir. Bu həm də xərçəngin digər orqanlara yayılmasının qarşısını alır. Erkən diaqnoz, xəstəliyi tez təsbit etmək xərçəngdən ölüm riskini xeyli azaldır. Araşdırmalara görə xərçəngin ilk mərhələsində müalicə olunmağa başlayan xəstələrin digər xəstələrə (xərçəng olduğunu bilməyən və ya gecikmiş diaqnoz) görə yaşama gücü 5 il daha artır.

Süd vəzi xərçəngi əlamətləri

Əgər döşlərin görünüşündə fərqlilik, əllə toxunanda hiss oluna bilən hər hansı şişlik və ya sərtlik, döşlərin uclarında axıntılar və s. əlamətlərlə qarşılaşırsınızsa, hərəkətə keçmək üçün tələsin. Bəzi əlamətlər hiss olunmaya da bilir, çox sağlam olduğunuzu düşünürsünüz, təəssüf ki, belə hallarda süd vəzi xərçəngi gizli olaraq inkişaf edə bilər.

Süd vəzi xərçəngi xəstəliyinin yaranmasına səbəb olan risk faktorlarından məlumatlı olmaq əgər bu risk faktorları sizə yaxındırsa, xəstəlikdən mühafizə olunmağın yollarını asanlaşdıracaq. Daimi tibbi müayinələr zamanı həkiminizlə qorxularınızı və sizin üçün risk daşıdığını düşündüyünüz faktorları müzakirə edə bilərsiniz.

Xəstə yaşı və süd vəzi xərçəngi (yaş faktoru)

Süd vəzi xərçəngi xəstəsi olan qadınların 80%-i 50 yaşından aşağı olan qadınlardır.

20 yaşı keçdikdən sonra həkim müayinəsinin ildə ən az 1 dəfə zəruri olduğunu unutmayın.

40 yaşdan sonra ildə ən az 2 dəfə həkim müayinəsi şərtdir və yaş ötdükcə bu müayinələrin sayını artırmaq mütəxəssislərin məsləhətidir.

Yaşlı şəxslərin genetikasında xərçənglə bağlı risklər varsa, bu halları aydınlaşdırmalı və həkimləri ilə məsləhətləşib ehtiyat tədbirləri almalıdırlar.

Erkən diaqnoz həyatınızı xilas edir. Sağlamlığınızı xəstəliklərə qurban verməyin.

 

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova