+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçəngində yayılma ehtimalı

Süd vəzi xərçəngində yayılma ehtimalı

Süd vəzi xərçəngi xəstəliyi bir çox mərhələdən keçir. Xəstəliyin ən kritik mərhələsində onun digər orqanlara yayılma ehtimalı yüksək risk təşkil edir. Biz məhz buna görə erkən diaqnozun önəmini dəfələrlə vurğulayırıq.

Metastatik süd vəzi xərçəngi (metastazlaşmış döş xərçəngi)

Metastaz xərçəng xərçəng hüceyrələrinin başladığı hissədən başqa orqanlara yayılma prosesinə deyilir. Bu baxımdan xərçəngin gec aşkarlanması insan həyatı üçün böyük risk daşıyır.

Süd vəzi xərçəngi hansı orqanlara yayılır?

Döş xərçənginin ən çox yayıldığı bədən hissələri (orqanlar və s.) sümüklər, ağciyərlər, qaraciyər və beyindir.

İlkin mərhələdə diaqnoz qoyulmuş qadınların 30%-ə qədərində metastazlaşmış süd vəzi xərçəngi görülə bilər. Bu durum süd vəzi xərçənginin nə qədər təhlükəli olduğunu və ilk addımın – erkən diaqnozun, erkən müalicənin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etməkdədir.

Hətta daha əvvəllər heç xərçəng keçmişi olmamış qadınlara da müəyyən bir dövrdə metastatik (metastazlaşmış) döş xərçəngi diaqnozu qoyulur. Metastatik döş xərçəngi xəstələrində beş il ərzində sağ qalma nisbəti 27% təşkil edir.

Nəzərə alın ki, yenilikçi müalicə metodları və yaxşı seçilmiş bir həkimlə xərçəngin əziyyətli həyat tərzi ilə sağollaşmaq olar.

Həyata gecikməyin!

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova