+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzi xərçənginin müalicə prosesi və sonrası

Süd vəzi xərçənginin müalicə prosesi və sonrası

Süd vəzisi xərçəngini sağaltmaq komanda işidir. Cərrah, müalicə həkimi, radioloq, mammoloq bir yerdə hərəkət etməlidir. Xəstə üçün düzgün yolu ancaq belə tapmaq olar. Sağalma üçün müxtəlif müalicə texnikaları var. ✅Bunlar tək və ya birlikdə tətbiq edilə bilər: Qidalanma: İdeal çəkidə qalmaq və balanslı qidalanma süd vəzi xərçəngindən qorunmaq üçün diqqət yetirilməli olan şeylərin başında gəlir.Araşdırmalar bəslənmənin xərçəngin müalicəsində 30-40% təsirə malik olduğunu göstərib. Amerika Xərçəng Araşdırmaları Dərnəyi ideal çəkinin xərçəngdə ən vacib məqam olduğunu bildirib. Süd vəzi xərçəngi diaqnozu qoyulan və müalicə olunan xəstələrdə çəki artımı təkrarlanma riskini artırır. Yağ qəbulu: Menopozdan sonra daha çox yağ istehlak edən fərdlər daha az yağ istifadə etməyə başlayır, bu da xərçəng riskini azaldır. Omeqa-3 ilə zəngin pəhriz xərçəng riskini azaldır. Alkoqol qəbulu: Spirt istehlak edildikdə qanda folatın miqdarı azalır. Folat xərçəng riskini azaldan bir maddədir. Folat tünd yaşıl tərəvəzlərdə, portağal suyu, artishok və çuğundurda olur. Alkoqol qəbulu gündə 1 stəkandan çox olmamalıdır. İdman: Südvəzi xərçənginin müalicəsi zamanı və sonrasında idmanın əsas məqsədi mümkün qədər tez normal həyata qayıtmaqdır. İdmanın faydaları bunlardır: Oynaqları və əzələləri hərəkət etdirmək qabiliyyətinin verilməsi Ürək-ağciyər tutumunun artırılması qan təzyiqini tənzimləyir Limfa mayesinin dövranını artıraraq qolda limfedemanın əmələ gəlməsinin qarşısını almaq. Əməliyyatdan sonra çiyində inkişaf edə biləcək hərəkət məhdudiyyətinin (donmuş çiyin) qarşısını almaq üçün Yorğunluğu və zəifliyi aradan qaldıraraq insanın özünü yaxşı hiss etməsinə kömək edir..

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova