+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süd vəzidə baş verən ağrılar

Süd vəzidə baş verən ağrılar

Süd vəzi ağrısı adətən xərçəng olmayan səbəblərdən qaynaqlanır. Süd vəzi xərçənginin yalnız süd vəzi ağrısı ilə özünü göstərməsi çox nadirdir. Buna baxmayaraq, bir neçə menstruasiya dövrü keçməyən, menopozdan sonra meydana gələn və ya xəstənin həyat keyfiyyətini aşağı salacaq qədər şiddətli olan ağrılar həkim tərəfindən qiymətləndirilməlidir. Süd vəzi ağrısının səbəbləri nələrdir? Dəqiq səbəbini təyin etmək çox vaxt mümkün olmur. Aşağıdakılardan biri və ya bir neçəsi ağrıya səbəb ola bilər: Reproduktiv hormonlar Fibrokistik döş quruluşu Süd vəzi toxumasının xaricində yaranan ağrılar (sinə, döş qəfəsi əzələləri, ürək və s.) İstifadə olunan dərmanlar (Məsələn: Doğuşa nəzarət həbləri, menstrual gecikmələr, bəzi antidepresanlar və s.) Böyük süd vəzi quruluşu Süd vəzi infeksiyaları Həddindən artıq kofein istehlakı Stress Diaqnoz üçün nə edilir? Həkim tərəfindən Süd vəzilərinin müayinəsi Mammoqrafiya Süd vəzilərinin ultrasəs müayinəsi Süd vəzi biopsiyası Süd vəzi üçün görüntüləmə üsulları xəstənin yaşına, fiziki müayinə nəticələrinə və risk vəziyyətinə görə seçilir

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova