Süd vəzində fibroadenomalar
Əziz xanımlar, süd vəzinin kistaları üçün əməliyyata tələsməyin! Süd vəzindəki kistaların ultrasəs müayinəsi altında içi boşaldılır, pasiyentlər öz sağlamlıqlarına qovuşurlar.
Belə vəziyyətlərin vaxtında aşkarlanması üçün vaxtaşırı müayinələrə gəlməyi unutmayın!
Bu xəstəlik varsa, hansı aralıqla və hansı hallarda müayinə olunmaq lazımdır? Altı aydan bir müayinədən keçməkdə fayda var.
Fibroadenoma əməliyyatdan sonra təkrarlana bilərmi?
Fibroadenoma əməliyyatından sonra bu xoşxassəli şişin yenidən yaranma ehtimalı var, lakin təlaşlanmağa əsas yoxdur. Əməliyyat keçirmiş qadınların təxminən 20-25%-də fibroadenoma təkrarən ortaya çıxır, lakin bu növ şişlərin geri qayıtması qorxulu deyil, sadəcə mütəmadi tibbi nəzarətdə olmağın vacibdir. Unutma ki, sənin sağlamlığın biz həkimlərə əmanət edilib!
Kimlərdə rast gəlinir? - Süd vəzi kistaları hər 3 qadından birində rast gəlinir.
Müayinə prosesi - kista şikayəti olan pasiyentlərdə əgər kistlər böyükdürsə, ağrı verirsə və ya şübhəli kistdirsə, ultrasəs müayinəsi altında içini boşaldırıq, yəni aspirasiya edirik.
.