+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Süni mayalanma xərçəng yaradırmı?

Süni mayalanma xərçəng yaradırmı?

Süni mayalanma nədir? 

Süni mayalanma cütlüklər övlad sahibi ola bilmədikdə tətbiq olunan bir müalicə metodudur. Suni mayalanma sonsuzluq müalicəsinin digər üsullarla effekt vermədiyi hallarda tətbiq edilir. Süni mayalanma zamanı yumurta ilə sperma laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. Bu metod - qadın yumurta hüceyrəsinin kişi sperma hüceyrəsi ilə laboratoriya şərtlərində birbaşa mayalandırılmasıdır.

Süni mayalanma xərçəng yaradırmı?

Cəmiyyətdə, ümumi olaraq, insanlar arasında belə bir mif dolaşır ki, süni mayalanma mütləq xərçəngə səbəb olur. Onlar öz ətrafında, yaxınlarında, qohumlarında və s. süni mayalanma müalicəsini həyata keçirən və bir müddət sonra xərçəngə tutulan insanları gördükdə təlaş keçirirlər və zamanla onlarda bu nəticə formalaşır ki, suni mayalanma sud vezi xercengi yaradır.

Bunu rahatlıqla deyə bilərik ki, süni mayalanma xərçəngə səbəb olmur. Süni mayalanma süd vəzi xərçəngi yaratmır. 

Süni mayalanmadan öncə nə etməli? 

Yuxarıda qeyd etdiyimiz kimi, suni mayalanma xercenge səbəb olmur. Bəs bütün yarana biləcək digər problemlərdən qurtulmaq üçün nə etmək lazımdır? Süni mayalanmadan öncə nə etmək lazımdır? 

Süni mayalanma müalicəsinə başlamazdan öncə yaxşı olardı ki, qadınlar ümumi bir check-up müayinəsindən, xüsusilə də mammoloq müayinəsindən keçsinlər. Orqanizmdə olan narahatlıqlar təsbit olunmalı və müalicə həyata keçirilməlidir. Təbii ki, bilirik ki, sağlam körpələrin  dünyaya gəlməsi üçün mütləq şəkildə valideynlər sağlamlığına diqqət etməlidirlər.

Süni mayalanma ilə xərçəngin əlaqəsi varmı?

Süni mayalanma müalicəsi zamanı qadınlar üçün məsləhət olunan dərmanlar və s. - müalicə prosesində həyata keçirilən prosedurlar bəzən hormonal sistemə təsir edir. Süd vəzi özü də hormonal bir orqan olduğu üçün, həmçinin hormonlardan asılı olduğu və hormonal proseslərdən təsirləndiyi üçün bəzi narahatlıqlar üzə çıxa bilər. 
Odur ki süni mayalanmaya başlamazdan əvvəl süd vəzilərinin süni mayalanmaya hazır olduğu və bu proses üçün tam sağlam olduğu barədə tibbi nəticə mütləq şəkildə lazımdır. Eyni zamanda, süni mayalanma prosesindən sonra da mammoloq müayinəsindən keçməyi unutmayın.

Sağlamlığınıza diqqət edin, xanımlar!

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova