+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
TÜRKBİRKON Genel Başkanı Hakan Aktürk ilə görüş

TÜRKBİRKON Genel Başkanı Hakan Aktürk ilə görüş

Bu gün Günel Qəmbərovanın TÜRKBİRKON (Türk Dünyası ve Uluslararası İş Dünyası Yatırım Birliği Konfederasyonu) Genel Başkanı Hakan Aktürk ilə görüşü gerçəkləşmişdir.

Hakan Aktürk kimdir?

Türk Dünyası və Beynəlxalq İş Dünyasında İnvestisiya Birliyi Konfederasiyası - TÜRKBİRKON başqanı, politoloq Hakan Aktürk Azərbaycanda tanınmış iş adamları ilə, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən peşəkarlarla mütəmadi görüşlər həyata keçirir.

Bu gün mammoloq, radioloq Günel Qəmbərovanın da Hakan Aktürk ilə dəyərli bir görüşdə iştirak etmək şansı oldu. Günel Qəmbərova gerçəkləşən bu görüş üçün çox sevincli olduğunu bildirib.

Hakan Aktürk radioloq Günel Qəmbərovanı ziyarət etdi

TÜRKİRKON başqanı Hakan Aktürk və Günel Qəmbərovanın görüşü

Görüşdə tibb dünyasındakı yeniliklərə uyğunlaşmaq, tibbdə irəliləyən müalicə metodları, süd vəzi xərçəngi ilə mübarizə, süd vəzi xərçəngindən qorunmaq üçün həyata keçirilməli olan tədbirlər və s. kimi mühüm mövzuları müzakirə edildi. Radioloq Günel Qəmbərova təəssüratlarını belə izah edib:
“ Düşünürəm ki, bu cür görüşlərin həyata keçirilməsi və faydalı mövzuların müzakirə olunması, ümumiyyətlə bu istiqamətdə olan fikir mübadilələri insanlarımıza çox müsbət təsir edəcək. Bir həkim kimi bu müstəvidə nələrisə həyata keçirmək şansım olduğu üçün çox xoşbəxtəm. Və dəyərli Hakan Aktürk ile görüşüb söhbət etmək bizim üçün bir şərəf oldu. “

Hakan Aktürkün Türk Dünyasına töhfələri

Əminik ki, dəyərli Hakan Aktürkün bütün addımları təkcə Türk Dünyası üçün deyil, həmçinin Türkiyə-Azərbaycan dostluğu üçün də müsbət nəticələr doğurur. Günel Qəmbərovanın da qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan arasında olan dostluq və birliyin daim inkişaf etməsi diləyi ilə biz də bu yolda öz töhfələrimizi verməkdən çəkinməyəcəyik.

Mammoloq, radioloq həkim həm biliklərini daim yeniləyən həkim kimi, həm də bu cür görüşlərin iştirakçısı kimi uğurlu fəaliyyət göstərməkdən zövq aldığını qeyd etdi.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova