+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Xərçəng müalicəsi zamanı yuxu problemi

Xərçəng müalicəsi zamanı yuxu problemi

Xərçəng müalicəsində tez-tez rastlanan problemlərdən biri – yuxusuzluq problemi

Xərçəng müalicəsi zamanı xəstələrdə yuxusuzluq problemi geniş yayılmaqdadır. Bu yuxu problemlərinin meydana gəlməsinin bir çox səbəbi vardır:

  1. Xərçəng diaqnozu qoyulduqdan sonra xəstəliklə üz-üzə gəlmənin yaratdığı stress, gərginlik və bundan qaynaqlanan yuxusuzluq problemləri.
  2. Müalicə prosesində qəbul edilən dərman vasitələrinin təsiri nəticəsində yaşanılan yuxu problemləri.
  3. Xəstəxanada olan şəraitin təsiri (bəzən xəstələr özünü evlərində olduğu qədər rahat hiss etmir)
  4. Xərçəngdən asılı olmayan faktorların yuxu rejiminə təsiri. Bu, başqa orqanlardakı narahatlıqdan və ya psixoloji amillərdən qaynaqlana bilər.

Xərçəng müalicəsi tətbiq edilən xəstələrdə ən çox görülən yuxu problemi. Yuxuya tez gedə bilməmə və ya yuxuya getdikdən sonra tez oyanma, uzun müddət yuxulu qala bilməmə kimi narahatlıqlar aid olunur.

Yuxu ilə bağlı narahatlıqlar müalicəyə necə təsir göstərir?

Müalicə prosesində qəbul edilən dərman vasitələri xəstələrin immun sisteminin zəifləməsinə səbəb olduğu üçün yuxunun təmin edilməsi immun sistemini gücləndirmək üçün gərəklidir. Yuxu rejimi normallaşdıqda xəstələrin əhval-ruhiyyəsində yaxşılaşma hiss olunacaqdır, beləliklə, onlar özlərini daha güclü hesab edəcəklər.

Yuxusuzluq problemi necə aşkar olunur?

Həkimlər (xərçəng müalicəsini aparan və ya nevroloji sahədəki mütəxəssislər) yuxu şikayətləri ilə müraciət edən xəstələrə yuxusuzluq problemini tam aşkar etmək üçün polisomnoqrafiya testi tətbiq edirlər. Bu zaman xəstənin yuxulu olduğu müddətdə beyin dalğaları, ürək ritmi, nəfəs və s. analiz olunur və dəyərləndirmə aparılır. Nəticələrə əsasən müdaxilənin necə həyata keçiriləcəyi planlaşdırılır.

Yuxusuzluq probleminin qarşısını almaq üçün nələr etməli?

  1. Həkiminizə yatmağa mane olan səbəblər haqqında məlumat verməlisiniz.
  2. Müalicə ilə paralel psixoloji dəstək almaq arzuolunan seçimdir.
  3. Yatmaq üçün səssiz və qaranlıq otaq seçilməlidir.
  4. Axşam saatlarında (yuxuya getməzdən əvvəl) qidalanmaq və çox su içmək olmaz. Həmçinin axşam saatlarında da idman etmək yuxunu qaçıra bilər.
  5. Telefondan və televizordan axşamlar uzaq olmaq lazımdır.
  6. Əgər bunlar müsbət təsir etmirsə və hələ də yuxu problemi yaşayırsınızsa, yuxusuzluq əleyhinə dərman vasitələri yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.

 

Hər addımda həkiminizlə məsləhətləşin.

 

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova