Erkən hamiləlik – hamiləlikdə normal yaş həddinin qorunması
Erkən yaşda hamiləlik (burada çox erkən yaş həddi nəzərdə tutulmur) gələcəkdə meydana gələ biləcək süd vəzi xərçəngi riskini çox aşağı salır. Belə ki, 30 yaşından əvvəl ikinci uşağını dünyaya gətirən xanımlarda xərçəng riskinin 30% qarşısı alınmış hesab olunur.
Çox gec planlaşdırılmış hamiləliyin mənfi cəhətləri süd vəzilərinə də öz təsirini göstərir.
Hamiləlik zamanı müayinə
Buna görə də hamilə olan qadınların mütəmadi ginekoloji müayinə ilə yanaşı süd vəzi müayinələrindən keçməsi məsləhətlidir.
Əgər sinədə rəng dəyişikliyi, qızartı, axıntılar (axıntılar hər zaman təhlükəli deyil, buna görə də həkim müayinəsinin dəqiqliyi şərtdir) və s. əlamətlər varsa, tez hərəkətə keçmək ən yaxşı seçimdir.
Hamilələrdə süd vəzi xərçəngi riski
Əgər siz də 30-35 yaşı keçmisinizə və hamiləlik planlaşdırırsınızsa, hamiləlikdən öncə mammoqrafiya müayinəsindən keçməyiniz məqsədəuyğun olardı.
Hamiləlikdə süd vəzilərində yaranan dəyişikliklər
Sinədə olan dəyişikliklər və ya süd vəzi xərçəngi riski sizi çox qorxutmasın. Məlum haldır ki, hamilə olarkən qadınların bədənində çox dəyişiklik hiss olunur. Sinədə olan dəyişikliklər də bunlardan sadəcə biridir. Hər bir əlamət təhlükəli deyil. Amma döşlərdə meydana çıxan hər hansı bir əlamətin də təhlükəsiz olduğunu təsdiqləyən yalnız yaxşı həkim baxışı olmalıdır.
Sağlam hamilələr və sağlam qadınlar üçün çalışırıq. Siz də diqqətli olun və süd vəzi xərçəngi riskini ən minimuma endirək.
.