+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Xəstəlik müddətində necə qidalanmalı?

Xəstəlik müddətində necə qidalanmalı?

Xərçəng xəstəliyi zamanı qidalanma

Süd vəzi xərçəngi olan xəstələr və ya süd vəzi xərçəngi əlamətlərini daşıyanların bu müddətdə düzgün qidalanması sağalma prosesində xüsusi rola malikdir.

Süd vəzi xərçəngi müalicəsi zamanı xəstələrin itirdikləri böyük miqdarda enerjinin bərpası, bədənin güclənməsi və funksiyalarını doğru bir şəkildə yerinə yetirməsi üçün qidalanmanın gücü sağalma prosesinə öz müsbət təsirini göstərəcək. Nəzərə alınmalıdır ki, təkcə fiziki olaraq yox, psixoloji olaraq da xəstəni rahatladan və yaxşı hiss etdirən qidalar seçilməlidir.

Süd vəzi xərçənginə tutulan insanlarda qidalanma prosesinə də təsirini göstərən bəzi əlamətlər meydana çıxır. Dad alma duyğusunda zəifləmə, iştahın azalması və ya artması, həzm sistemi problemləri, ağızda həssaslıq və ya yaralar, qoxuya qarşı həssaslıq və s.

Qidalanma problemlərinin yaranmaması üçün gün ərzində yemək vaxtlarını düzgün tənzimləmək, çox yemək əvəzinə az-az və tez-tez yeməklə bədənin yüngülləşməsinə şərait yaratmaq olar.

Bəs sağalmağınıza kömək edəcək qidalar hansılardır?

  • Gündə ən az 2,5 litr su içilməlidir.
  • Meyvə və tərəvəzlərdən istifadə edilməlidir.
  • Kalsiumla zəngin süd və süd məhsullarına üstünlük verin.
  • Kök, lobya, kələmlə mütləq şəkildə qidalanmalısınız.
  • Düyü əvəzinə bulqurdan istifadə etməyə üstünlük verin.

Yuxarıdakı siyahıya əlavə olaraq həkiminizin məsləhətlərinə qulaq asmaq, onun təsdiqlədiyi qida siyahısını tətbiq etmək çox vacibdir. Xəstəliyin hansı mərhələsində olmaqdan asılı olaraq, bioloji xüsusiyyətləriniz, bədəninizin yediklərinizə və müalicə prosesinə reaksiyası nəzərə alınmalıdır.

Sağlamlığınız üçün sizə və sağlamlığınıza dost qidalar seçin.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova