+994 50 751 27 47 [email protected] B.e. 09:00 - 18:00
Yaşlı insanlar niyə xərçəng olur?

Yaşlı insanlar niyə xərçəng olur?

Xərçəng xəstəliyinin yaranma səbəbi

Xərçəng xəstəliyinə daha çox yaşlılarda rast gəlindiyini düşünürük. Müasir dövrümüzdə isə həyat tərzimizin sağlamlığımız ilə dost olmaması gənclərdə də xəstəlik riskini aradan qaldırmır, əksinə risk əlamətlərini çoxaldır. Ancaq doğrudur ki, bu xəstəlik (xərçəng xəstəliyi) yaşlılarda çox görülən xəstəlik növlərindən biridir.

Xərçəngin yaranmasına səbəb olan faktorların 80-90%-i ətrafdakı təsir və davranışlarımıza-xarici faktorlara (sağlamlığa ziyanlı qidalanma rejimi, fiziki hərəkət azlığı, gərginlik, stress, şəhər həyatı və s. kimi) bağlıdır. Xərçəngin meydana gəlməsinə təsir edən faktorlar iki əsas qrupa ayrılır. Onlardan birincisi qarşısı alına bilən faktorlardır:

  • stress,
  • siqaret və spirtli içki istifadəsi,
  • qidalanma,
  • çox kilolu olma,
  • ətraf mühitin təsirlərinə bağlı olaraq radiasiya, bəzi virus və bakteriyalar, çirkli hava şəraiti və s.

Yuxarıda qeyd olunanlarla birlikdə insan iradəsindən asılı olmayaraq sağlamlığa zərər verən bir sıra faktorlar da mövcuddur:

  • bunlardan ən başlıcası genetik riskdir (ailədə, nəsildə və s. xərçəng xəstəsinin olması),
  • yaş və cins faktoru (məsələn, yaşlılarda bədənin getdikcə zəifləməsi və ya qadınlarda süd vəzi xərçəngi riskinin daha çox yayılması və s. kimi nüanslar),
  • hormonların insan bədəninə mənfi-müsbət təsirləri, bioloji dəyişkənlik

Yaşlı şəxslərin bu amillərdən çox təsirləndiyini nəzərə alaraq bildirməliyik ki, 40 yaşdan sonra, xüsusilə 40-69 yaş aralığında daimi tibbi müayinə həyati əhəmiyyət daşıyır.

.

Haqqımda

Günel Qəmbərova

Günel Qəmbərova

Mammoloq, radioloq

Xidmətlər

Sosial Şəbəkə

Instagram Postları

  • Günel Qəmbərova
  • Günel Qəmbərova
  • Günel Qəmbərova